Ezo Yataq Dəsti | Woodpecker mebel
Axtar
9:00-19:00
Zəng sifariş et

Ezo Yataq Dəsti

Məhsul haqqında

Təsviri

Yataq dəstimiz birinci sinif Türkiyə istehsalı olan xammaldan (MDF,laminant, parça, aksesuarlar və s...) hazırlanmışdır.
Dolab altı qapılıdır, ön hissəsində güzgü və CNC-də işlənmiş dekorlardan istifadə olunmuşdur. Çarpayı baza və sandıqlıdır, başlıq hissəsində silinə biləcək parçadan və LED işıqlardan istifadə olunmuşdur. Tumbalarda siyirmələrdən istifadə olunub.Termoda istifadədə rahat olan güzgü yerləşdirilib, eyni zamanda funksional və hər zövqə uyğun dizayn olunub.
Yataq dəstimizdə teleskopik ray və yavaşladıcı məntəşələrdən, yükə davamlı plastik akrilik boyayla boyanmış ayaqlardan istifadə olunub.
Qapaq hissələrində CNC ilə kəsilmiş və akrilik boyayla boyanmış dekordan istifadə olunub.
Yataq dəstimizdə sağlığa zərər verəcək maddələrdən istifadə olunmamışdır.

Sizin sağlamlığınızı düşünürük…

Xüsusiyyətləri
Zəmanət
30 ay
İstehsalçı ölkə
Azərbaycan
İstehsalçı
Woodpecker Mebel Fabriki
Növü
Yataq Dəsti
Əsas material
Laminant 16-18 mm
Məhsulun adı
Ezo
Ətraflı
Yataq otağı evimizdə ən şəxsi və mənəvi otaqdır. Çox vaxt kənar gözlərdən gizlədilmiş, bizim mahiyyətimizi, fərdi xüsusiyyətlərimizi ortaya qoyur. Və, əlbəttə, biz yataq otağını o qədər rahat və isti etməyə çalışırıq ki, onda nəinki gündüz təlaşından sonra rahatlanmaq, həm də sevinclə oyanmaq xoş olsun!
Çarpayı
1690x1280x2080
Dolab
2200x2070x550
Termo
1200x1700x440
Tumba
580x404x430