Rahatlıqla yanaşı, Woodpecker müştərilərə sadə mebel dəstlərdən tutmuş, dəbdəbəli və iddialı modellərədək geniş seçim imkanı təklif edir. Məhsul çoxluğu isə sizə yataq otağında mebel və interyer arasında uyğunluq yaratmaqda çox kömək olacaq.
Yataq mebeli alarkən nələrə diqqət edək?
Divarlar, işıq, tavan, pəncərələr – bunlar, əlbəttə ki, çox vacib amillərdir, amma yataq otağı mebelinin kraliçası hər zaman çarpayı olub. O, dəstin ən vacib hissəsidir, çünki deyə bilərik ki, istirahətin keyfiyyətində ən böyük rol məhz çarpayının olur.
İnteryeri necə quraq?
Yataq otağı istirahət və yuxu üçün bir yer olduğundan, dizaynda sərt rənglərdən az istifadə olunmalıdır. İstirahət otağında əşya çoxluğu olarsa, bu sizi sıxacaqdır. Buna görə də, yalnız lazımlı əşyaları saxlamalısınız. Mebel parçalarının hər biri interyeri tamamlamalı, otağa xoş abu-hava qatmalıdırlar.
Seçim sizindir!
Yalnız yüksək keyfiyyətli mebel seçimi etdiyinizdə, o sizə uzun illər xidmət edəcək. Məsləhətçilərimiz seçim etdiyiniz zaman sizə kömək etməyə hazırdırlar. Woodpecker müştərilərinə kreditle yataq mebeli sahibi olmaq imkanı da verir. Saytımızdan yataq mebeli qiymetleri ilə tanış ola bilərsiniz.