Dövlət Başçımızın sahibkarların sosial məsuliyyətlərini artırması ilə bağlı məlum çağırışına biz də öz töhvəmizi vermək üçün müəssisəmizdə daimi işlə təmin edilmiş işçilərin say həddini 400 nəfərə qədər çatdırmışıq.
“Dalğa-94” MMC Cənub regionunda ən iri vergi ödəyicisi olaraq, hesablanmış vergi rüsumlarını vaxtında Dövlət Büdcəsinə ödənilməsini təmin edən qabaqcıl şirkətdir. Bunun bariz nümunəsi olaraq aşağıda təqdim etdiyimiz hesabatla da tanış ola bilərsiniz.
“Dalğa-94” MMC 28.07.1994-cü il tarixdə kommersiya qurumu kimi qeydiyyatdan keçmiş və “WOODPECKER” əmtəə nişanı ilə mebel məhsullarının istehsalı və satışı ilə məşğul olur.
Müasir texnoloji avadanlıqlarla istehsal etdiyimiz mebel dəstlərimiz yüksək keyfiyyət göstəricilərinə görə Respublikamızın bütün regionlarında əhali tərəfindən rəğbətlə qarşılanır.
28 ildir evinizi fərqləndirən WOODPECKER Sizə uyğun mebel qiymətləri ilə modern, yumşaq, dəhliz, yataq, qonaq, mətbəx, divanlar, uşaq mebelləri, jurnal masaları və s. təqdim edir.
Onu da bildirək ki, məhsullar öz keyfiyyətinə görə standartlara tam cavab verir. Şirkətin təqdim etdiyi bütün mebellərə 3 il müddətində zəmanət verilir. Siz həmçinin mebeli mağazaya gəlmədən sifariş verə bilərsiniz. Bunun üçün woodpecker.com.az saytına daxil olaraq istədiyiniz mebeli seçməyiniz və ödənişi etməyiniz kifayətdir.
WOODPECKER öz mebellərin çatdırılma və quraşdırılmasını təmin edir. Bu xidmət ödənişsiz həyata keçirilir. Rahatlığınızı düşünən WOODPECKER axtardığınız mebeli kataloq vastəsilə seçmə imkanı yaradır.
WOODPECKER filalları ilə olduğunuz hər yerdə sizə yaxındır. Daimi yenilənən mebel qiymətləri barədə məlumat üçün vebsayt səhifəmizi (woodpecker.com.az) izləməyi unutmayın. Hər hansı sualınız yaranarsa bizə vebsayt səhifələrimizdən yaza bilərsiniz.

WOODPECKER – fərqi yaşa.

hesabat.jpg