Vakansiyalar

Komandamıza qoşulun!
Satış meneceri
İş barədə məlumat:
• Təhsili-Ali təhsil
• Şirkət-Woodpecker
• Ərazi-Cəlilabad
• Əmək haqqı %-lə
• Staj-3 il
• Yaş həddi-25-40
• Müqavilə-AR Əmək müqaviləsi.
E-mail hr@woodpecker.az
• Əlaqə nömrəsi-055-200-83-51
• İş qrafiki:Tam iş günü. Həftədə 6 iş günü
• İş saatı: 09:00-dan 19:00-dək
• 1 saat nahar (13:00-dan 14:00-dək)
• Maşın şirkət tərəfindən verilir.Sürücülük vəsiqəsi mütləqdir.

Vəzifə öhdəlikləri:
• Potensial müştərilərin axtarışı ilə məşğul olur.
• Müştərilərlə kommersiya danışıqları aparır.
• Müştəri sifarişlərinin qəbulunu və işlənməsini həyata keçirir, lazımi sənədləri tərtib edir.
• Müştərilərin şirkət tərəfindən satılan məhsullara olan ehtiyaclarını aydınlaşdırır və sifarişçiləri ehtiyaclarına və çeşidinin mövcudluğuna uyğun olaraq əlaqələndirir.

• Müştəriləri təsdiq edilmiş satış təşviqi proqramlarına uyğun olaraq şirkətlə işləməyə həvəsləndirir.
• Aylıq satış planını tərtib edir.
• Satış və şirkətin müştərilərinə göndərmələrin uçotunu aparır.
• Satış şöbəsinin fəaliyyəti ilə əlaqəli layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
• Müştəri bazasına rəhbərlik edir.
• Müştərilərə məhsulların göndərilməsinə nəzarət edir.
• Yaradılmış müqavilələrə əsasən malların və ödəniləcək məbləğin alıcıları tərəfindən ödənilməsinə nəzarət edir.

Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Satış meneceri yazmaqla hr@woodpecker.az elektron ünvanına göndərə bilərlər.
Metal konstruksiya yığımı üzrə keyfiyyət mühəndisi
Namizədə dair tələblər:
•    Sərbəst Azərbaycan dili
•    Rus və İngilis dili arzuolunandır
•    Kompüter proqramları : Autocad, Microsoft Office
•    Minimum 3 il keyfiyyət mühəndisi kimi əmək fəaliyyəti olmalı
•    İstiqamət üzrə yaxud texniki ali təhsil
•    Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
•    Komandada işləmək bacarığına sahib olmalıdır;

Vəzifələr:
•    Müəssisəyə satın alınan və proses xəttində anbarlama əməliyyatlarına girən yığım materialların (metal xammallar, metal profillər, yığım üçün nəzərdə tutulmuş köməkçi vasitələr və s.) davamlı nəzarətini aparmaq, uyğunsuzluqların sənədləşdirilməsi və rəhbərliyə məlumatın verilməsi (Giriş nəzarəti).
•    Avtomatlaşdırılmış layihə sistemindən istifadə edərək yoxlamalar zamanı müvafiq görüntülərin və məlumatların əldə edilməsi:
•    Görülən işlər və aparılan yoxlamalar ilə əlaqədar hər cür qeydlərin tutulmasına, sənədlərin tənziminə, müəyyən olunmuş məlumat axınına, iş axınına və hesabat sistemlərinə riayət etmək.
•    Metal Konstruksiyaların ümumi yığımı zamanı bütün detalların təyin edilmiş addımlarda çizgilər əsasında yoxlanılmasının təmin edilməsi (Ölçü nəzarəti).
•    Təsbit etdiyi uyğunsuzluqları hesabat şəklində rəhbərinə bildirmək, aradan qaldırılmasını, qeydlərin tutulmasını və əlaqədar rəhbərə çatdırılmasını təmin etmək.
•    Prosesdə istehsal nəticəsində uyğunsuzluq kəsb edən vəsaitlər istifadə edilərkən düzəldici və önləyici fəaliyyətlərə yerində nəzarət etmək.
•    Mütəmadi sahələrdə işlərə, material dəyişikliklərinə və uyğunluqlarına istehsal rəhbəri ilə birlikdə nəzarət etmək, uyğunsuzluqlar üçün alına biləcək tədbirlərin müəyyənləşdirilməsi üçün rəhbərə təkliflər vermək və verilən qərarların icrasını təqib etmək

İş şəraiti:
•    AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
•    İş yeri yerləışir Cəlilabad şəhərində
•    Yaşayış yeri ilə təmin olunur
•    Nahar ilə təmin edilmə

•    Yüksək əmək haqqı
Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Metal konstruksiya yığımı üzrə keyfiyyət mühəndisi yazmaqla hr@woodpecker.az elektron ünvanına göndərə bilərlər.

Woodpecker Şamaxı mağaza müdiri
Namizədlərə tələblər:
Ali təhsil
• Ən azı 3 il iş təcrübəsi
• Microsoft Office proqramlarını bilmək
• Mebel sahəsində işləyib təcrübəsi olan namizədlərə üstünlük veriləcək
• Azərbaycan,Rus, dillərini bilmək
• Məsuliyyətli, operativ, diqqətli
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır
• Komandada işləmək bacarığı
• İşə yaradıcı yanaşmaq və yeni ideyaları,təklifləri verə bilmək
• AR qanunvericiliyinə əsasən sənədləşməyə razı olan
• Şamaxı şəhərində yaşayan olsun

Vəzifə öhdəlikləri:
• Mağaza işçilərinin öz vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməsini təmin edir.
• Müştərilərlə kommersiya danışıqları aparır.
• Müştəri sifarişlərinin qəbulunu və işlənməsini həyata keçirir, lazımi sənədləri tərtib edir.
• Müştərilərin şirkət tərəfindən satılan məhsullara olan ehtiyaclarını aydınlaşdırır və sifarişçiləri ehtiyaclarına və çeşidinin mövcudluğuna uyğun olaraq əlaqələndirir.
• Müştəriləri təsdiq edilmiş satış təşviqi proqramlarına uyğun olaraq şirkətlə işləməyə həvəsləndirir.
• Aylıq satış planını tərtib edir.
• Satış və şirkətin müştərilərinə göndərmələrin uçotunu aparır.
• Müştəri bazasına rəhbərlik edir.
• Müştərilərə məhsulların göndərilməsinə nəzarət edir.
• Yaradılmış müqavilələrə əsasən malların və ödəniləcək məbləğin alıcıları tərəfindən ödənilməsinə nəzarət edir

QEYD: Şirkətimizdə əmək bazarına istinad olaraq və iş görüşündə namizədə verilən rəyə əsasən əmək haqqı müəyyənləşdirilir.