Korporativ əməkdaşlıq üçün necə müraciət edə bilərəm?
Korporativ əməkdaşlıq üçün diller müqaviləsi bağlamağınız vacibdir. Daha ətraflı məlumat üçün 055-200-51-90 nömrəsinə zəng edərək maraqlana bilərsiniz.
Xüsusi mebel sifarişləri hansı müddətə təhvil verilir?
Xüsusi mebel sifarişlərinə müştərinin istəklərinə və  həcminə görə istehsal müddəti təyin olunur.
Woodpecker mebel şirkəti özəl mebel sifarişləri həyata keçirirmi?
Bəli, Woodpecker mebel şirkəti özəl sifarişlər həyata keçirir. İstədiyiniz mebel ilə bağlı məlumatları 055-200-54-85 nömrəsinə zəng etməklə bildirə bilərsiniz.
Kreditlə məhsul almaq mümkündürmü?
Bəli, mümkündür. Woodpecker mebel salonlarına yaxınlaşaraq kreditlə mebel ala bilərsiniz. Daha ətraflı məlumat üçün https://woodpecker.com.az/credit-terms/ linkinə daxil ola bilərsiniz.
Məhsullarınıza zəmanət verirsiniz?
Bəli. Məhsullarımıza 30 ay zəmanət veririk. Daha ətraflı məlumat üçün https://woodpecker.com.az/guarantee/ linkinə daxil ola bilərsiniz.
Çatdırılma ödənişsiz həyata keçirilir?
Onlayn sifariş və çatdırılma xidməti pulsuzdur.
Ən böyük mağazanız hansıdır?
Ən böyük mağazalarımız siyahısına Masallı şəhəri H.Əliyev prospektində yerləşən Woodpecker Masallı aiddir.Bu mağazalarda sizə geniş məhsul çeşidi təqdim edirik.

Mağazalarımızın ünvanına https://woodpecker.com.az/shops/ linkinə keçid edib baxa bilərsiniz.
Mağazalarınız harada yerləşir?
Hazırda rəsmi mağazalarımız Masallı,Xırdalan, Zaqatala, Tovuz və Şamaxı şəhərlərində mövcuddur. Linkə daxil olmaqla mağazalarımızın ünvanlarını nəzərdən keçirə bilərsiniz.

https://woodpecker.com.az/shops/
Sifariş edilən məhsul neçə günə çatdırılır?
Sifarişiniz satış təmsilçisinin zəng edib məhsulu adınıza rəsmiləşdirməsi ilə yekunlaşır. Qeyd edək ki, məhsul yalnız bölgə mağazalarımızda olsa və həmin mağazadan satış edilsə çatdırılma məsafə ilə əlaqədar 3 gün ərzində həyata keçirilə bilər. Yekun çatdırılma müddəti barədə sizə zəng zamanı satış mütəxəssisimiz məlumat verəcək.
Hazırlanan mebellərin materialları hansı ölkələrdən gətirilir?
Woodpecker mebel şirkətinin istehsal etdiyi mebellərin materialları Rusiya, Türkiyə və Avropa ölkələrindən gətirilir.
Onlayn sifariş hansı şəhərlərdə keçərlidir?
Hazırda onlayn sifariş və çatdırılma xidməti bütün şəhərlərdə keçərlidir.
Sizdən hissə-hissə ödənişlə məhsul almaq mümkündür?
Bəli, Siz məhsulları 6,12,18 ayadək hissə-hissə ödəniş şərtlərilə əldə edə bilərsiniz. Əksər məhsullar 18 ayadək faizsiz hissə-hissə ödəniş şərtlərilə, ilkin ödənişsiz, iş yerindən arayış tələb olunmadan təqdim olunur.