SALAM DOSTLAR.
Yanvar ayında Zaqatala şəhərində,Zaqatalalıların dili ilə desək Qəmərin Sırası adlanan ərazidə  WOODPECKER MEBEL SALONUNDA iri miqyaslı görüş keçiriləcəyini planlayırıq.
Toplantıda məqsədimiz mümkün qədər daha çox Zaqatalalıların şirkətimizi və məhsullarımızı tanımasını ,qarşılıqlı əməkdaşlıq etməsini ,həmin salonda biznesin təşkili üçün yeni qüvvə ilə gənclərdən ibarət sistemli, çalışa bilən  komando formalaşdırmaq ,ümumiyyətlə həmin ərazini bölgənin mebel mərkəzinə çevirməkdir.
Hədəfimiz bütün Zaqatalalıları və ətraf rayonları özündə ,məhsullarımızla,xidmətimizlə tanış edib,qarşılıqlı əməkdaşlıq etməkdir.
Bu yolda bizimlə bir olub,hər kəsin ehtiyacına laqeyd olmayan,imkanı,arzusu,ehtiyacı olan hər kəsi bura dəvət edirik.
Bu mövzu ANONS XARAKTERLİDİR,növbəti yazımda konkret tarixi söyləyəcəyəm.