Sizi diqqətli düşünməyə məcbur edən məsələlərdən biri, keyfiyyətli mebel seçməkdir. Keyfiyyətli mebel dedikdə təkcə istifadə olunan məhsulun davamlığından getmir. Keyfiyyət göstəricilərinə həm xarici estetik görünüş, dizayn xətti, funksionallıq, mexanizmalı, davamlılıq, istifadəlik, praktik, və s. aiddir.

Mebellərinizi seçərkən yuxarıda adı çəkilən keyfiyyət göstəricilərinin aldığınız məhsulda hamısı da olmasa müəyyən qisminin olmasına diqqət yetirin. Əks halda dəyəri aşağı olub deyənə aldığınız məhsul zamanla sizə daha baha başa gəlməsinə təcrübə edər. Ümumən aldığınız firmanın istehsal profil xəttini analiz edin, daha çox hansı tip məhsulun istehsalı ilə ixtisaslaşdığını müəyyən edin.

Keyfiyyətli divan alarkəndə yuxarıda adı çəkilən keyfiyyət gösətiricilərinə diqqət edin. Seçdiyiniz yumşaq mebellərin, divanların, kresloların estetik görünüşündən müəyyən qədər başa düşəcəksiz ki, sizə təklif olunan divan hansı sinif məhsullara aiddir. Bəzən divanlarda estetik görünüşü göz oxşayan olduqda mexanizmada sıxıntı olur, yaxud da həmin divanda ümumiyyətlə mexanizma istifadə olunmur. Az bir qism şirkətlər həm mexanizmanı həm də estetik görünüşü eyni divanda birləşdiriblər. Bunlarında ən gözəl nümunəsi Woodpecker mebel fabrikininin istehsal etdiyi divanlarda görə bilərsiz. Ümumiyyətlə təklif olunan divan və kresloların estetik görünşləri ilə yanaşı həm də daxili işləmələrini, istifadə olunan materiallar haqqında məlumat almaqla, daha düzgün seçim etmənizə kömək etmiş olar.Woodpecker mebelin istehsal etdiyi divanları saytımızdan asanlıqla seçə bilərsiniz.

Keyfiyyətli divanın xüsusiyyətlərindən biri də, hər bir fərdin divanda əyləşərkən eyni rahatlığ hiss etməsidir. Bunu da təmin edən əsas faktorlardan biridə divanda istifadə olunan süngərlərin keyfiyyətli olması və ortopetik olmasından asılıdır. Woodpecker mebel adı altında istehsal olunan divanlarda 25 HR sıxlığında olan ortopetik süngərlərdən istifadə olunur

Mebel sektorunda da satılan məhsullara zəmanət verilməsi keyfiyyət göstəricilərindən hesab olunur. Çünki zəmanət verilməsi ilə firma satdığı məhsulun keyfiyyətindən əmin olunduğunu, bir növ istehlakçıya çatdırmaq istəyir. Woodpecker mebel olaraq mebellərimizə 36 ay zəmanət veririk.

Divanın görnüşündə əsas diqqəti cəlb edən birinci məsələ düzgün parça seçimidir. Əsasən parçalar dəridən, nabuk parçalardan, velvet parçalardan istifadə olunur. Mexanizmalı divanlarda qalın parçalardan, lifleri ayrılmayan parçalardan istifadə etmək daha məqsədə uyğun olardı.Bu seçminizlə parçanın ömrünü uzatmış olursuz. Düyməli model olan divanlarda isə tam əksinə yumşaq parçalardan, velvet parçalarından istifadə olunması tövsiyyə olunur.

Funksionallıq divan dəstlərində əsas xüsusiyyətlərdən biridir. Çünki bunun sayəsində divan dəstləri dar evlərdə geniş imkanlar təmin etmiş olur. Bu baxımdan divanınızın modullarla, hissələrlə olması, sizə müxtəlif ölçüdə olan otağınızda rahatlığı təmin etmiş olur.

Praktik olan divanlar əsasən mexanizmasının sadəliyi və uzun müddətliyi ilə fərqlənməlidir. Çünki təmizlik işlərini xanımlar etdiyindən divan dəstləri elə olmalıdır ki, sadə toxunuşlarla divan açılıb bağlanan olsun və rahatlıqla təmizlik etmək olsun.
Mebellərinizi seçərkən yuxarıda adı çəkilən keyfiyyət göstəricilərinin aldığınız məhsulda hamısı da olmasa müəyyən qisminin olmasına diqqət yetirin. Əks halda dəyəri aşağı olub deyə aldığınız məhsul zamanla sizə daha baha başa gəlməsinə təcrübə edər. Ümumən aldığınız firmanın istehsal profil xəttini analiz edin, daha çox hansı tip məhsulun istehsalı ilə ixtisaslaşdığını müəyyən edin.